reklam
Regionxeberlericom.az » Cəmiyyət » Norveçin artilleriya mərmiləri Ukraynada İSTEHSAL EDİLƏCƏK

reklam

Norveçin artilleriya mərmiləri Ukraynada İSTEHSAL EDİLƏCƏK


















Norveç Kiyevə Ukrayna ərazisində artilleriya mərmilərinin istehsalına kömək etməyə hazırdır.

Bu barədə Norveç Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Norveç hökuməti müdafiə texnologiyalarını Ukrayna ilə bölüşməyə və bu istiqamətdə maliyyə baxımından kömək etməyə hazırdır. Beləliklə, (Norveç-Fin silah istehsalçısı) “Nammo” tərəfindən hazırlanmış artilleriya mərmiləri Ukraynada istehsal oluna bilər. “Nammo” Ukraynada 155 mm-lik artilleriya mərmilərinin lisenziyalı istehsalına yardım etmək üçün müqavilə bağlayıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, “Nammo” Norveç hökumətindən aldığı 1 milyard kron (indiki məzənnə ilə 94 milyon dollar) dəyərində müqavilə sayəsində artilleriya mərmilərinin istehsalını 10 dəfə artırmaq niyyətindədir.




Paylaş:


Müəllif : Tarix:
23-08-2024, 22:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər