reklam
Regionxeberlericom.az » Cəmiyyət » Yunis təcili əməliyyat olmalıdır: Vəziyyəti daha da ağırlaşa bilər

reklam

Yunis təcili əməliyyat olmalıdır: Vəziyyəti daha da ağırlaşa bilər



















Yeddi yaşlı Yunisin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Aytən Süleymanlı məlumat verib.

O bildirib ki, övladı bir müddət öncə damağından əməliyyat olunub:

"Yunisin yeddi yaşı var. O, doğum zamanı başından travma almışdı, həmin gündən də buna görə müalicələr etmişik. Həkim müalicələrini davamlı etsək, başında olan şişin çəkiləcəyini demişdi. Bir müddət əvvəl oğlumun yanaq hissəsindən diş çıxmağa başladı. Keçəcəyini, düzələcəyini gözləsək də, belə olmadı. Məcbur qalıb onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Həkim oğlumun damağında kista yarandığını dedi və əməliyyatla onu götürdülər".

Gənc ana övladının yardıma ehtiyacı olduğunu deyib:

"Əməliyyatdan sonraki müalicələri sizin saytın izləyicilərinin dəstəyi ilə davam etdirə bilmişik. Hazırda həkim övladımın yenidən əməliyyat olmalı olduğunu deyir. Yunis təcili əməliyyat olmalı olsa da, məbləği toplaya bilmədiyimiz üçün əməliyyata girə bilmir. Əməliyyat üçün 3 000 manata ehtiyacımız var. Yoldaşımın qıcolması olduğu üçün ağır işdə çalışa bilmir. Özüm isə evdar qadınam. Həkimlər əməliyyat geciksə, bunun pis xəstəliyə çevrilə biləcəyini deyir. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını, övladımın müalicəsi üçün dəstəklərini əsirgəməməyi xahiş edirəm".

Ailə ilə əlaqə: (099) 328-13-23.

Kapital Bank: 5239 1517 7139 1243.




Paylaş:


Müəllif : Tarix:
24-08-2024, 13:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər