Durovun Bakıda çəkilmiş görüntüləri yayıldı: yanındakı qadın… – FOTO
Teleqramın sahibi Pavel Durovun Azərbaycanda çəkilmiş görüntüləri yayılıb.
Globalinfo.az xəbər verir ki, fotonu “Mash” Teleqram kanalı paylaşıb.
Kanal görüntünün 11 avqustda çəkildiyini bildirib. Fotoda Durovun yanında qadın olduğu görünür və onun Parisdə Durovla birgə həbs edildiyi qeyd edilir.
Durovun həbsini amerikalı jurnalist Taker Karlson da tənqid edib.
“Putin ictimaiyyətin söz azadlığına imkan verdiyi üçün onu həbs etmədi. Amma Qərb ölkəsi, Baydenin müttəfiqi onu yaxaladı. Durovun bu gün Fransa həbsxanasında oturması istənilən platforma sahibinə xəbərdarlıqdır”.
“Haqqin.az” saytı isə Durovun həbs edilməzdən öncə “See Breeze”də dincəldiyini yazıb. Sayt onun Bakıya “Dream Fest 2024”-ün fəxri qonağı kimi gəldiyini bildirib.
Qeyd edək ki, Durov dünən Paris hava limanında saxlanılıb. O, terrorizmdə, narkotrafik və digər cinayətlərdə ittiham olunur. Fransa mətbuatı onun Parislə əməkdaşlıqdan imtina etdiyi üçün saxlandığını yazıb. Əgər iddialar təsdiqlənərsə, Durovu Fransada 20 il həbs gözləyir.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-08-2024, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər