“Azərbaycanda saxta boşanmalar var” - Psixoloqdan ŞOK AÇIQLAMA
Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10 ildə ölkə üzrə boşananların ümumi sayı 138 min təşkil edib.
2023-cü ildə ümumilikdə 21688, 2024-cü ilin yanvar-fevral 3456 boşanma qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.
Maraqlıdır, Azərbaycanda boşanmaların bu qədər artmasına səbəb nədir? Həkim tap
Psixoloq və münasibətlər üzrə müəxəssis Elnarə Kərimova “Yeni Sabah”a açıqlamasında deyib ki, təkcə bu rəqəmlər ailə institutunun təhlükə altında oluğunu söyləməyə əsas verir:
“Bu baxımdan dövlət qurumlarının da, mütəxəssislərin də, cəmiyyətin də narahatlığını başa düşmək olar. Amma bütün bu narahatlıqların fonunda sanki həm də bir sakitlik hökm sürür. Dövlət qurumları təhlükəli həddə çatan boşanmaların qarşısının alınması, ailə institutunun möhkəmləndirilməsi üçün ciddi tədbirlər görmür, proqramlar hazırlanmır. Bu isə müəyyən qədər düşünməyə əsas verir”.
O qeyd edib ki, bu sakitlik ölkədə saxta boşanmaların olduğu barədə ehtimalları artırır:
“Əslində bu söhbətlər çoxdan var, amma rəsmi olmadığından, hələlik iddia kimi görünür. Amma boşananların yaşı, bölgələr üzrə statistikasına baxanda hansısa ipucları əldə etmək mümkündür. Məsələn, ən çox boşanma olan bölgələrlə ən çox ünvanlı sosial yardım alan bölgələr arasında hansısa əlaqə varmı? Yaxud 55-60 yaşdan sonra boşananlarla keçmiş məcburi köçkün həyatı yaşayanlar arasında hansısa əlaqə tapmaq olarmı? Bütün bunlar araşdırımalı mövzulardır və fundamental tədqiqat tələb edir”.
Elnarə Kərimovanın sözlərinə görə, cütlüklər ünvanlı sosial yardım almaq, evlə təminat, əmlak bölgüsündən yayınmaq üçün saxta boşanmalara əl ata bilərlər:
“Təbii ki, bunları araşdırmaq xeyli çətin prosesdir. Amma bir yerdən başlamaq lazımdır. İlk olaraq isə insanları saxta və qeyri-saxta boşanmaya vadar edən, həlli mümkün olan problemləri aradan qaldırmaq üçün dövlət səviyyəsində sosial-psixoloji yönümlü layihələrə ehtiyac var. Bununla paralel cütlüklərin saxta boşanmasına səbəb oln amillər arada qaldırılmalıdır. Ancaq bundan sonra ortaya çıxan mənzərə haqqında danışmaq olar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-08-2024, 12:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər