Toy etmək istəyənlərə PİS XƏBƏR - Qiymətlər...
Hazırda məhərrəmlik ayı ilə bağlı toy və nişan tədbirlərinin keçirilməməsi səbəbindən şadlıq saraylarının fəaliyyətində durğunluq müşahidə olunur. Belə vaxtlarda şadlıq saraylarının bir çoxu yas və digər məclislərin keçirilməsi üçün istifadə edilsə də, gəlirləri toy dövrü ilə müqayisədə aşağı olur.
Digər tərəfdən, noyabr ayında paytaxtda baş tutacaq COP29 tədbiri zamanı da toyların keçirilməsinin məhdudlaşdırılması istisna deyil. Belə olan təqdirdə sentyabr və oktyabr aylarında şadlıq saraylarında qiymətlərin kəskin artacağı gözlənilir. Bu ehtimal nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, növbəti 2 ay ərzində şadlıq saraylarında bahalaşma ehtimalı böyükdür: aptek depo
“Əsasən COP29-a qədər, daha doğrusu sentyabr-oktyabr aylarında toyların sayının kəskin artacağı gözlənilir. Digər tərəfdən, ərzaq məshullarının qiymətində də artımın olduğunu nəzərə alsaq, düşünürəm ki, bu 2 ay ərzində şadlıq saraylarında qiymət artımını görə bilərik. Hələki COP29 tədbiri zamanı toyların keçirilməsi sual altındadır. Bu barədə hansısa rəsmi məlumat olmasa da, gəzən-söz-söhbətlər ondan xəbər verir ki, ola bilsin tədbir dövründə toylar keçirilməsin. Bu da şadlıq saraylarına maddi ziyan vuracaq deyə, onlar sentyabr-oktyabr aylarında həmin ziyanı da kompensasiya etmək üçün qiymətləri artırmağı düşünə bilərlər. Çox güman ki, belə də edəcəklər”.
Ekspert COP29 tədbiri ərzində kafe və restoranlar üçün olduqca əlverişli mühitin formalaşacağını qeyd edib:
“O ki qaldı şadlıq saraylarından kənar kafe və restoranlara, əksinə, COP29 zamanı onların müştəriləri artacaq. Çünki deyilən görə, 80-90 min qonaq gələcək və təbii olaraq, onların şəhərdə gəzməsi, kafelərdə, restoranlarda yemək yeməsi əlavə gəlir mənbəyinə çevirilə bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-08-2024, 15:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər