reklam
Regionxeberlericom.az » Cəmiyyət » Durov valideynlik hüququndan məhrum edilib

reklam

Durov valideynlik hüququndan məhrum edilib


















İsveçrədə məhkəmə teleqramın təsisçisi Pavel Durovu valideynlik hüququndan məhrum etmək barədə qərar qəbul edib.

Bu barədə məlumatı Durovun keçmiş həyat yoldaşı İrina Bolqar sosial şəbəkə hesablarında paylaşıb.

Onun sözlərinə görə, 2022-ci ilin sonunda Durov onu Birləşmiş Ərəb Əmirliklərinə köçməyə məcbur edib. İddialara görə, qadın bundan imtina etdikdə onun kart hesabları dondurulub və sahibkar övladları ilə bağlı ödənişləri etməyib. Bunun ardınca İrina məhkəməyə müraciət edib:

“Uşaqların və böyüklərin müdafiəsi üzrə Tribunal araşdırma başlatdı və bu araşdırma Cenevrənin qəyyumluq orqanları tərəfindən həyata keçirilib. Məhkəmə araşdırmanın yekununda Durovun bizim 3 övladımızla bağlı valideynlik hüququndan məhrum edilməsinə dair qərar verdi. Qəyyumluq orqanları dəfələrlə Durovla əlaqə saxlamağa çalışsa da, o cavab verməyib”. 

Xatırladaq ki, İ.Bolqar bundan əvvəl 39 yaşlı Durovu oğlunu döyməkdə ittiham edib. O bildirib ki, sahibkar 2021-2022-ci illər arasında 2017-ci il təvəllüdlü oğullarına qarşı 5 dəfə zorakılıq nümayiş etdirib.




Paylaş:


Müəllif : Tarix:
29-08-2024, 14:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər