reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qayınanasını baltalayan gəlinin meyiti tapıldı

reklam

Qayınanasını baltalayan gəlinin meyiti tapıldı

















Bir müddət əvvəl Daşkəsəndə qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapılıb.

RegionXəbərləricom.az Oxu.Az-a istinadən xəbər verir ki, Səidə Həsənovanın meyiti qayınanasını baltaladığı evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri olmadığı üçün onun intihar etdiyi ehtimal edilir.

S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib.

Xatırladaq ki, hadisə 27 iyul tarixində baş verib. Belə ki, qayınanası Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin S.Həsənova qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadı olub.

Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi qəbul etməməsi olub.

Məlumata görə, qayınana və gəlin tez-tez mübahisələr ediblər.

Kənd sakinlərinin sözlərinə görə, əli qana batmış gəlin kəndə bu il mayın sonlarında gəlibmiş.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilən T.Qurbanova xəstəxanada ölüb.




Paylaş:


Müəllif : Tarix:
29-08-2024, 14:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər