reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kiber cinayət baş veribsə, onda bu prosesdə bank kartını başqasına icarəyə verən də məsuliyyət daşıyır

reklam

Kiber cinayət baş veribsə, onda bu prosesdə bank kartını başqasına icarəyə verən də məsuliyyət daşıyır









Bizim kiber polislər bank kartları ilə əlaqəli kütləvi cinayətlər törədən bir neçə kibercinayətkarı yaxalaya bilib. Hiss olunur ki böyük əməliyyatdır.

Bu dəstə ən qədim kiber dələduzluq növü ilə, fişinq yolu ilə bank kartların məlumatlarını ələ keçirməklə kartlardakı vəsaitləri talayıblar.

Yəni kiber dələduzlar vətəndaşı şirnikləndirilərək, onun inamını qazanaraq bunu reallaşdıra biliblər. Problem yenə də daha çox vətəndaşın nə dərəcədə rəqəmsal savadlı olması, nə dərəcədə məlumatlı olması ilə əlaqəlidir

Kiber dələduzlar ümumilikdə 0.5 milyon ələ keçirə biliblərmiş.

Maraqlıdır ki, kibercinayətkarlar cinayətin ən çətin mərhələsini, yəni oğurlanan pulun özününküləşdirilməsi üçün KİMDƏNSƏ İCARƏYƏ götürülən kartlardan istifadə ediblər.

Bu kartlara köçürülən vəsaiti də kiberbirjalara yönəldiblər. Görəsən kartını icarəyə verən də məsuliyyət daşıyırmı?

Kibercinatəkarlıqla Mübarizə Baş İdarəsi bildirib ki, kartını kibercinayətkarlara maddi maraq qarşılığında istifadəyə verən şəxs də həmin cinayətkar dəstələrin üzvü hesab edilir və qanun qarşısında məsuliyyət daşıyır. Düşünürəm ki, bu tip məqamları qanunvericiliklə də sərtləşdirmək doğru olardı.

Osman Gunduz




Paylaş:


Müəllif : Tarix:
30-08-2024, 09:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər