reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xocalıda fəaliyyət göstərən şirkət 20 min cərimələndi

reklam

Xocalıda fəaliyyət göstərən şirkət 20 min cərimələndi

















Xocalıda vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

Bu barədə rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Xocalı rayon ərazisində fəaliyyət göstərən “Azadoğlu Group” MMC tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında rayon prokurorluğunda araşdırılma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda MMC və MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat və Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ilə MMC-nin vəzifəli şəxsi Fuad Cabbarov 4 min manat məbləğində inzibati cərimə edilib.




Paylaş:


Müəllif : Tarix:
30-08-2024, 15:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər