reklam
Regionxeberlericom.az » Cəmiyyət » Moskvada güclü yanğın: Helikopterlər və yanğınsöndürən gəmi cəlb edildi

reklam

Moskvada güclü yanğın: Helikopterlər və yanğınsöndürən gəmi cəlb edildi



















Rusiya paytaxtı Moskvanın Berejkovskaya sahilində güclü yanğın baş verib.

Rusiya KİV xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, yanğının söndürülməsinə Moskva Aviasiya Mərkəzinin iki "Ka-32" helikopteri cəlb olunub. Həmçinin, yanğın yerinə "Polkovnik Çernışev" yanğınsöndürən gəmisi gəlib.

Helikopterlər əraziyə 40 ton su töküblər. Eyni zamanda, 130 mütəxəssis və 45 texnika da hadisə yerində işləyir.

Nəqliyyat Departamentindən verilən məlumata görə, hadisə baş verən ərazidə üç zolaqda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, avqustun 31-də səhər saatlarında başlayan yanğın Berejkovskaya sahilində yerləşən üçmərtəbəli inzibati binada baş verib. Binanın ikinci mərtəbəsi yanır və yanğının sahəsi 1 000 kvadratmetr təşkil edir. Yanğının səbəbləri açıqlanmayıb.

İlkin məlumata görə, ölən və yaralananlar barədə məlumat daxil olmayıb.




Paylaş:


Müəllif : Tarix:
31-08-2024, 15:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər