reklam
Regionxeberlericom.az » Cəmiyyət » Məşhur “casus balina” öldü

reklam

Məşhur “casus balina” öldü

















Norveçdə rus ordusu tərəfindən təlim keçdiyi düşünüldüyü üçün “casus balina” kimi də tanınan Hvaldimir ləqəbli balinanın öldüyü məlum olub.

Bu haqda balinanı qorumaq üçün fəaliyyət göstərən “Marine Mind” qeyri-kommersiya təşkilatının qurucusu Sebastian Strand açıqlama verib.

Onun sözlərinə görə, balinanın meyiti Norveç sahillərində tapılıb. Strand balinanın ölüm səbəbinin hələ aydınlaşdırılmadığını açıqlayıb.

Qeyd edək ki, balina 2019-cu ildə Norveçin şimalında üzərinə quraşdırılmış xüsusi mexanizmlə üzərkən tutulub və sonradan “casus balina” kimi bütün dünyada məşhur olub.

Rusiya tərəfindən “casus” kimi yetişdirilməsi ilə bağlı fərziyyələrə görə heyvana Norveç dilində balina mənasını verən “hval” və Vladimir sözlərinin birləşməsindən yaranan Hvaldimir ləqəbi verilib.




Paylaş:


Müəllif : Tarix:
1-09-2024, 20:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər