reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kəngərlidə yalnız Siyavuş Novruzova səs vermək mümkündür

reklam

Kəngərlidə yalnız Siyavuş Novruzova səs vermək mümkündür




















2 sayı DSK-nın Kəngərli rayon ərazisindəki məntəqələrində seciçiilərə Siyavuş Novruzovun xeyrinə işarələnmiş bülletenlər verilir. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup seçici məlumat verib. Şikayətçilər deyirlər ki, məntəqə işçiləri bülletenləri onlara bükülü şəkildə verib, qutuya atmalarını tələb edirlər.

Rayonun Şahtaxtı kəndindən olan adının çəkilməsini istəməyən seciçilərdən biri deyir ki, bu, xüsusilə dövlət idarə və müəssisələrində çalışanlardan tələb olunur:

„Bir neçə gün öncə bizi rayon mərkəzinə toplayıb demişdilər ki, hamı bir nəfər kimi məntəqələrə gəlməlidir və tapşırıldı ki, verilən bülletenləri səsizscə bükülü şəkildə qutulara ataq. Dedilər ki, bunu etməyənlər dərhal işdən çıxarılacaqlar. Başçının tapşırığıdır ki, rayonda hamı bir nəfər kimi Səyavuş Novruzova səs verməlidir. Bu gün sekçiyə getdik, dedikləri kimi də etdik. İşimizi itirməmək üçün səsimizi çıxarmadıq“.

Qıvraq qəsəbəsindən olan seciçilər də onlara hazır bülletenlər verildiyini deyirlər:

„Bu sekçi yox, əvvəlcədən hazırlanmış tamaşadır. Bəzi seciçilər işlərini itirməmək üçün bülleteni aldıqları kimi qutulara atırlar. Mən isə bu tamaşanı pozmaq üçün başqa nazimədin də qarşısına işarə qoydum ki, heç olmazsa, mənim bülletenim keçərsiz sayılsın. Bizə saxtakarlıqla seçilən deputat lazım deyil“.

2 saylı Şərur - Kəngərli dairəsinin 7 məntəqəsi Kəngərli rayonu ərazisindədir. Şərur rayonu ərazisində olan digər məntəqələrdə də oxşar vəziyyətin olduğu bildirilir.




Paylaş:


Müəllif : Tarix:
2-09-2024, 11:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər