reklam
Regionxeberlericom.az » Cəmiyyət » Müsahibə mərhələsinin vaxtı açıqlandı - Müəllimlərin nəzərinə!

reklam

Müsahibə mərhələsinin vaxtı açıqlandı - Müəllimlərin nəzərinə!

















Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinin vaxtı açıqlanıb.

Təhsil İnstitututundan verilən məlumata görə, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bildirilib ki, 9 sentyabr tarixindən etibarən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Xatırladılıb ki, test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına 35 % əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

Qeyd edilib ki, 2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21883 nəfər təhsilverən iştirak edib. İştirak edən təhsilverənlərdən 21784 (99,5%) nəfəri uğur qazanıb.




Paylaş:


Müəllif : Tarix:
5-09-2024, 10:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər