reklam
Regionxeberlericom.az » Cəmiyyət » Növbədənkənar paralment seçkilərinin nəticələri açıqlanıb.

reklam

Növbədənkənar paralment seçkilərinin nəticələri açıqlanıb.

















Növbədənkənar paralment seçkilərinin nəticələri açıqlanıb. Müşahidəçilərin rəyinə əsasən, seçki prosesində ciddi qanun pozuntusu qeydə alınmayıb. 

Ölkə qanunvericiliyinə əsasən, seçki prosesi zamanı ciddi qanun pozuntuları və nöqsanlar aşkar edildikdə, pozuntunun qeydə alındığı dairə üzrə nəticələr ləğv oluna bilir. Bir müddət sonra həmin dairə ilə bağlı yenidən seçki keçirilir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, seçkilərdə pozuntu kimi qəbul olunan hallar müxtəlif cür olur: socar vakansiya

“Hansısa dairədə seçkinin nəticəsinin ləğv edilməsi üçün, dairəyə daxil olan bir neçə məntəqədə qanun pozuntuları aşkar edilməli və mütləq şəkildə əsaslı sübutlar olmalıdır. Bu pozuntular müxtəlif cür ola bilər. Amma əgər sadəcə 1 məntəqədə pozuntu qeydə alınıbsa, həmin məntəqənin səsləri hesablanmır. Eyni qaydada bunun üçün də yetərli sübut və dəlillərə ehtiyac var”. 

Novella Cəfəroğlu qeyd edib ki, qanun pozuntuları bir neçə məntəqə üzrə qeydə alınarsa, məntəqələr kütləvi ləğv edilə bilər: 

“Hətta analoji qanun pozuntularının qeyd alındığı bir neçə məntəqənin də nəticələri ləğv oluna bilər. Belə olan təqdirdə səs faizləri də aşağı düşür. Yenə təkrar edirəm, dairədə nəticənin ləğv olunması üçün ciddi sübutlar lazımdır. Yəni bunu tələb edən namizəd ortaya təkzibedilməz faktlar qoymalıdır. Dairənin nəticəsinin ləğv edilməsinə Mərkəzi Seçki Komissiyası qərar verir". 




Paylaş:


Müəllif : Tarix:
5-09-2024, 12:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər