reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ucarda yeni məktəb binasının açılışı olub-FOTOLAR

reklam

Ucarda yeni məktəb binasının açılışı olub-FOTOLAR



















RegionXəbərləricom.az xəbər verir ki, açılış mərasimində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Ucar Rayonu İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov iştirak ediblər.

Qonaqlar yeni təhsil ocağında yaradılmış şəraitlə də tanış olublar.

Bildirilib ki, ikimərtəbəli məktəb 264 şagird yerlikdir. Məktəbin 1-ci mərtəbəsində direktor otağı, müəllimlər otağı, 5 sinif otağı, 1 tibb otağı, idman zalı, idman müəlliminin otağı, bufet, texniki işçilərin otağı, 2 mühafizə otağı yerləşir. Binanın 2-ci mərtəbəsində isə təlim-tərbiyə işləri üzrə direktor müavininin otağı, 6 sinif otağı, fizika, kimya, biologiya, informatika kabinetləri, hərbi kabinet, qızlar və oğlanlar üçün texnologiya otaqları mövcuddur. İkinci mərtəbədə həmçinin 108 yerlik iclas zalı və kitabxana var.

Fuad Hüseynov




Paylaş:


Müəllif : Tarix:
7-09-2024, 11:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər