reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıda polis evə basqın edən şəxsi zərərsizləşdirdi

reklam

Bakıda polis evə basqın edən şəxsi zərərsizləşdirdi

















Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şübhəli şəxs odlu silahla polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd edib.

Cəhdin qarşısı ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla polis əməkdaşları tərəfindən alınıb.

Şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib. 

Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğlu törədib.

Hadisə yerindən cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
9-09-2024, 23:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər