reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nazir BDU-da aşkarlanan nöqsanlardan danışdı

reklam

Nazir BDU-da aşkarlanan nöqsanlardan danışdı

















Elm və təhsil naziri Emin Əmrullayev Hesablama Palatasının Bakı Dövlət Universitetində aşkarladığı nöqsanlarla bağlı məsələyə münasibət bildirib.

Bu barədə jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, müvafiq dövrlər üzrə nəzarət qurumları tərəfindən audit yoxlamaları aparılır və təbii ki, prosesdə nöqsanlar üzə çıxır.

“Prosedur olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həmin qüsurlarla bağlı ilk olaraq izahat alınır. Çünki qarşı tərəfin də rəyi alınmalıdır. Orada bir neçə nöqsan ola bilər. Əgər hansısa maliyyə qüsurları varsa, onların bərpası məsələsi həmişə qaldırılır. Amma digər məsələlər əgər texniki xarakter daşıyırsa, bu halda həmin qurumlara xəbərdarlıq edilir. Bu nöqsanlara yol verilməməsi tapşırılır”, - E.Əmrullayev qeyd edib.




Paylaş:


Müəllif : Tarix:
10-09-2024, 12:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər