“Savad var, qabiliyyət yoxdur” - Direktorların ünvanına sərt sözlər
Son illər Bakıda və bölgələrdə məktəb direktorlarının dəyişdirilməsi geniş yayılıb. Təkcə ötən tədris ilində Bakıda 12, rayonlarda isə 50-ə yaxın məktəbin direktoru yenisi ilə əvəzlənib.
Məktəb direktorlarının dəyişdirilməsi çox vaxt təhsilin keyfiyyətinə təsir göstərmir. Köhnə tədris ili üçün xarakterik olan problemlər yeni tədris ilinə keçir.
Buna səbəb nədir? Məktəblərdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün hansı addımlar atılmalıdır? vakansiyalar
Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, direktorların imtahanı zamanı onların idarəçilik qabiliyyətləri də yoxlanılmalıdır:
“Sözsüz ki, son vaxtlar həm müəllimlərin işə qəbulunda, həm də məktəb direktorlarının imtahanlarının keçirilməsində müəyyən qədər şəffaflıq təmin olunub. Lakin əfsuslar olsun ki, bu hələ kifayət etmir. Məktəb direktoru imtahanını verir, müsahibədən keçir, bunların hamısı üçün ciddi hazırlaşır və gəlib bu mərhələləri keçir. Amma direktorların təşkilatçılıq qabiliyyətini yoxlamaq üçün təəssüflər olsun ki, bir parametr yoxdur. Yəni bəzi məktəb direktorları, xüsusilə də hələ ki, bir az təcrübə qazanmış, imtahanı yeni qazanıb vakansiya yerləri seçmiş məktəb direktorları var ki, kollektivə gələndən sonra müəyyən boşluqlar yaranır. Bu boşluqları doldurmaq bir az vaxt tələb edir. Yaxşı olar ki, müəllimlərin sertifikaiyası olduğu kimi məktəb direktorlarının da sertifikasiyası olsun. Heç olmasa, hər 5 ildən bir onların idarəetmə qabiliyyətləri də yoxlanılsın, üzə çıxsın ki, məktəbləri necə idarə edirlər. Ondan sonra mənə elə gəlir ki, məktəb direktorlarının da işində müəyyən dəyişikliklər olacaq. Amma hələ ki müəyyən boşluqlar var”.
Ekspert təhsildə sürətli inqilab etməyin mümkün olmadığını bildirib:
“Bunlar hamısı tədricən islahat yolu ilə həyata keçirilir. Bu gün artıq müşahidə etməyə başlamışıq ki, müəllimlərin işə qəbulu ilə bağlı problemlər, sertifikasiya ilə bağlı müəllimlərin həyəcanı geridə qalıb. Ümid edək ki, ən azı gələn il ərzində direktorların da sertifikasiyası baş verər və biz artıq məktəblərdə müəyyən irəliləyişlərə nail ola bilək. Təhsilin daha da keyfiyyətli olması üçün birinci növbədə müəllimlərin nüfuzunu yüksəltmək lazımdır. Biz artıq bu gün məktəblərin reytinqini yüksək bal toplayan şagirdlərinin sayı ilə ölçürük. Bu məsələdə fərqinə varmırıq ki, məktəb “hərəkətli” şagirdləri seçir, hətta onlara repititorlar tövsiyyə edir, təşviq edir ki, onun məktəbi müəyyən qədər ilk sıralarda olsun. Reytinq cədvəli bununla ölçüldüyü üçün məktəblər bunu etməyə məcbur olur. Amma biz ilk növbədə yaxşı vətəndaş yetişdirməyə çalışmalıyıq və məktəb direktorları reytinq cədvəlinə can atmamalıdırlar. Bunun üçün də sözsüz ki, müəyyən addımlar atılmalıdır. Şəxsiyyət yönümlü, vətənpərvər kateqoriyada olan vətəndaşlar yetişdirməliyik. Birbaşa hamı ona cəhd etməsin ki, mənim məktəbim mütləq müəyyən mərhələyə addımlamalıdır, şagirdlərim yüksək bal toplamalıdır. Sözsüz ki, bu da lazımdır. Amma ümumilikdə məktəbin reytinqini ölçən əlavə meyarlar olmalıdır ki, məktəb direktorları kampaniyaçılığı yığışdırsınlar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-09-2024, 15:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər