Aylardır itkin düşən Rasimin ailəsi rayonun yolunu bağladı

Ötən ilin dekabrın 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin ailəsi avtomobil yolunu bağlayaraq etiraz aksiyası keçirib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
APA-nın məlumatına görə, səhər saatlarından başlayan aksiyada Rasimin atası Vasif Xankişiyev bildirib ki, 9 aydır oğlunun itkin düşməsi ilə bağlı istintaqın gedişatında heç bir irəliləyiş yoxdur: “İşin açılmasında vacib rol oynayan insanlar istintaqa cəlb olunmur. Ona görə də istintaqın hərəkətsizliyinə etiraz olaraq məcbur qalıb yolu bağlamaq qərarı verdik ki, şikayətçi olduğumuz şəxslər istintaqa cəlb edilsinlər”.
Qeyd edək ki, 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.
Hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Ötən ay baş prokuror R.Xankişiyevin nənəsini qəbul edib.

Paylaş:
Müəllif : Fuad
Tarix:11-09-2024, 11:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi

“Azərpoçt” keçmiş rəhbərliyin korrupsiya işində adı keçən şirkətlə 260 minlik müqavilə bağlayıb - ARAŞDIRMA

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…