reklam
Regionxeberlericom.az » Cəmiyyət » İşdən çıxarılan bələdiyyə sədrinə elektron qolbaq taxıldı

reklam

İşdən çıxarılan bələdiyyə sədrinə elektron qolbaq taxıldı


















Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sabiq sədri Zöhrab Məmmədovun məhkəməsi başa çatıb.

Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Z.Məmmədov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) addələri ilə təqsirli bilinib.

Ona 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib. Zöhrab Məmmədovun saat 23:00-dan 07:00-dək yaşadığı yeri və Tovuz rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan edilib. Həmçinin əlavə cəza kimi yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququ 2 il 6 ay müddətə məhdudlaşdırılıb.

Qeyd edək ki, prokurorluğun yaydığı məlumatda Zöhrab Məmmədovun Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sədri olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair rəsmi sənədlərə bilərək yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilməsi bildirilib.




Paylaş:


Müəllif : Tarix:
11-09-2024, 14:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər