reklam
Regionxeberlericom.az » Cəmiyyət » “AİLƏMİ MƏHV ETMƏK UĞRUNDA İŞ APARIRLAR” - Lerik sakini işdən qanunsuz olaraq çıxarıldığını iddia edir

reklam

“AİLƏMİ MƏHV ETMƏK UĞRUNDA İŞ APARIRLAR” - Lerik sakini işdən qanunsuz olaraq çıxarıldığını iddia edir










Lerik rayonu, Siyov kənd sakini Əbilov İbrahim Saleh oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, işlədiyi Dövlət Məşğulluq Agentliyindən onu qanunsuz yerə çıxarıblar:

“Mən, Əbilov İbrahim Saleh oğlu, yazaraq bildirirəm ki, işlədiyim Dövlət Məşğulluq Agentliyindən məni qanunsuz yerə çıxardıblar.

Ailəm 5 nəfərdən ibarətdir. Həyat yoldaşım şəhid bacısıdır. Böyük oğlum hazırda hərbi xidmətdədir. 2 övladım isə mənimlə yaşayır.

Qeyd edim ki, bir dəfə də məni haqsız yerə işdən azad etmişdilər. Prezident Aparatına gedərək, şikayətimi bildirmişdim. Ondan sonra, yəni 2019-cu ildə məni minimum əmək haqqı ilə bu işlə təmin etdilər. Müqavilə bağlandı, məndə işimin öhdəsindən gəlirdim.

2024-cü il iyun ayının 28-də heç bir səbəb göstərilmədən işimə xitam verildi.

Hazırda ailəmin vəziyyəti pisdir, ac-susuz qalmışıq. Bir ailəni məhv etmək uğrunda işlər aparırlar. Mən işimi geri istəyirəm, heç bir səhvim olmadan işimə xitab veriblər. Səlahiyyətli qurumlardan xahiş edirəm ki, mənə kömək etsinlər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Paylaş:


Müəllif : Tarix:
12-09-2024, 09:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər