reklam
Regionxeberlericom.az » Cəmiyyət » Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi - Foto

reklam

Türkiyənin Azərbaycanda yeni hərbi attaşesi - Foto

















Türkiyənin ölkəmizdə yeni təyin edilən hərbi attaşesi general-mayor Gaffar Gören müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Zakir Həsənov türkiyəli qonağı salamlayaraq iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını bildirib.

Nazir attaşeyə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

G.Gören isə öz növbəsində Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ölkəmizdə hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Soner Oruçoğlu da iştirak edib.





Paylaş:


Müəllif : Tarix:
12-09-2024, 11:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər