reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qəti qadağandır.

reklam

Əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qəti qadağandır.













Əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

Lakin: qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların, əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.

İşçilərə əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar peşəkarlığa görə əlavə əmək haqqı da təyin edilə bilər, lakin bu ödəniş tutduğu vəzifı və peşədən asılı olmayaraq bütün işçilərə eyni qaydada şamil edilməli, bu zaman işçilərin əmək funksiyası və digər vəzifələrini yerinə yetirməsindən asılı olaraq əlavə ödənişlər təyin edilə bilər.

Əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən, digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinə və məhkəməyə müraciət edə bilər.




Paylaş:


Müəllif : Tarix:
13-09-2024, 11:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər