Xalq artisti: “Brilliant xanım məni o qədər ağladıb ki…” - Video
“Mən Brilliant xanımın heyranıyam. Ən əvvən mən ona pərəstiş edən bir insanam və belə də gəlmişəm bura. Sənətkar kimi Brilliant xanıma qiymət verməyə ixtiyarım da yoxdur, çünki o özü böyük sənətkardır. Özündən sonra böyük bir məktəb açan sənətkardır. O səhnədə özünə hörmət edən sənətkardır”.
RegionXəbərləricom.az olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova qonaq olduğu həmkarı Xalq artisti Brilliant Dadaşovaya həsr olunan “Ötən günlər” verilişində deyib.
Kərimova Dadaşovanın ünvanına təriflər söyləyib: vakansiya
“Qulaq asın, Brilliant xanım mahnılarda necə düzgün şəkildə sözləri, hərifləri tələffüz edir. Brilliant xanım vokal sənətinə yeni bir səhifə idi. O yolu keçməyən, o cığır da yox… O özü arxasıyca çox yeni səslər gətirdi. Çox insan ona pərəstiş edərək ona bənzəmək istədi”.
Flora Kərimova bildirib ki, B.Dadaşovanın repertuarına yer alan bəstəkar Cavanşir Quliyevin mahnısını hər dəfə dinləyəndə göz yaşlarına qərq olur:
“Brilliant xanım məni o qədər ağladıb ki… Bəstəkar Cavanşir Quliyevin bəstəsi idi. İndi də bu haqda danışıram və mən kövrəlirəm. Ölkəmizin çox çətin vaxtları idi. Cavanşirin bir mahnısı vardı. Brilliant xanım o nəğməni ifa edirdi və onu şamlar əhatə edirdi. Mən nə qədər ağladım…
Onun səsini eşitməsəydim, çox sağol deməsəydim rahat olmazdım. O da bu mahnı ilə bizim millətimizi qəhərə boğmuşdur. İnsan ürəyini boşaltmaq istəyirdi amma bu ürək boşalmırdı. Ağlayırsan və dayana bilmirsən. Brilliant xanıma telefonla zəng edib dedim ki, sən mənim üçün bu səhnənin böyük brilliant qaşısan. Mən o günlərin kövrəkliyini də hiss edirəm və sizə olan sonsuz olan təşəkkürümü də bu gün də sizə təkrar etmək istəyirəm”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-09-2024, 12:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər