reklam
Regionxeberlericom.az » Cəmiyyət » Razi Nurullayev işdən çıxarılan müəllimi tənqid etdi

reklam

Razi Nurullayev işdən çıxarılan müəllimi tənqid etdi
















İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın sosial şəbəkələrdə yayılan videosu müzakirələrə səbəb olub. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, Leyla Nəcəfquliyeva 16 sentyabr 2024-cü il tarixində saat 08:00 radələrində sinif rəhbəri olduğu IIIb sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.

Leyla Nəcəfquliyevanın həmin gün məktəbin həyətinin giriş qapısı qarşısında şagirdləri yerdə əyləşdirərək dərs keçməsi onun şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etməsi kimi qiymətləndirlib. Onun “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozduğu da vurğulanıb. Buna görə də müəllimlə bağlınmış əmək müqaviləsinə 17 sentyabr 2024-cü il tarixdə xitam verilib.  socar vakansiya

Modern.az məsələyə İmişlinin deputatı Razi Nurullayevdən münasibət öyrənib. 

Saytımıza açıqlamasında Razi Nurullayev bildirib ki, müəllimin hərəkəti qəbuledilməzdir: 

"Mən müəllimi də, məktəbi də, icra nümayəndəsini də tanıyıram. Məktəbin tikilməsi üçün aidiyyəti üzrə dəfələrlə müraciət etmişdim. Məktəb tikintisi zamanı oranı ziyarət etmişdim, müəllim də oradaydı. Orada insanların problemi ilə bağlı dəfələrlə görüş keçirmişəm. İcra nümayəndəsi, mən deyərdim ki, dövlət tərbiyəsi görmüş insandır. Çoxdan işləyir və təcrübəsi var. Müəllimin 16 sentyabrda açılışı olmamış məktəbin həyətində o cür aksiya  keçirməsi doğru ola bilməz. Çünki o məktəb Heydər Əliyev Fondunun vəsaiti ilə tikilib. Orada açılış olmalıydı. İmişlinin Yalavac kəndində də bundan qabaq məktəb açılışı olmuşdu. 17 sentyabrda isə bu məktəbin açılışı oldu. Müəllim həmin gün bunu sanki bir etiraz əlaməti olaraq etmişdi. Bu isə qəbulolunmazdır". 

Razi Nurullayev söyləyib ki, icra nümayəndəsi öz vəzifə borcunu yerinə yetirib: 

"Leyla müəllimə uğurlar arzulayıram. Mənə elə gəlir ki, bu şəkildə hərəkətə ehtiyac yoxdur. İcra nümayəndəsi isə sadəcə olaraq öz vəzifə borcunu yerinə yetirdi. Çünki sosial şəbəkələr, internet televiziyalar, müxtəlif blogerlər bu videonu paylaşır və icra nümayəndəsini çox ağır şəkildə təhqir edirlər. Məgər, bunu etmək düzgündürmü? Ağsaqqal, hörmətli bir insandır. O nə etdi ki? Sadəcə olaraq uşaqları asfaltın üzərindən qaldırmaq istəyirdi ki, bu şəkildə dərs keçirilməsi düzgün deyil. Doğrudan da, sülh, doğru yanaşma ilə bu dərs keçirilsəydi bəlkə, ona qarşı belə hərəkət olmazdı. Mən bu cür halları doğru saymıram. Təəssüflər olsun ki, hadisə bu şəkildə oldu, müəllim işdən çıxarıldı. Mən buna da üzülürəm. İcra nümayəndəsinin bu şəkidlə söyülməsinə də təəssüf edirəm. Bu cür videonun çəkilməsi və müəllimin bu cür hərəkəti həm onun özü üçün pis nəticələndi, həm də hər kəsin yanında hörməti olan şəxsi təhqirlərə məruz qoydu". 




Paylaş:


Müəllif : Tarix:
18-09-2024, 16:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər