reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Generallar Moskvadakı havadarlarına arxalanıb dövlət çevrilişinə cəhd edəcəklər”

reklam

“Generallar Moskvadakı havadarlarına arxalanıb dövlət çevrilişinə cəhd edəcəklər”

















Ermənistan mətbuatında hərbi vəzifəli şəxslərin silsilə şəkildə işdən çıxarılması geniş müzakirə olunur. Nikol Paşinyana müxalif nəşrlər baş nazirin bu addımlarını “Moskvanın ayağını birdəfəlik İrəvandan kəsmək” kimi dəyərləndirir. Vəzifəsindən azad edilənlərin mütləq əksəriyyətinin keçmiş hakimiyyətin kadrları olması və Moskvaya yaxınlıqları ilə seçilməsi, əslində, mətbuatın proqnozlarını dəqiqləşdirir. Lakin bəzi analitiklər Paşinyanın bu addımlarının daha sistematik və radikal vüsət almasının öz hakimiyyəti üçün təhdidə çevrilə biləcəyini də istisna etmirlər. 

Bəs görəsən, Ermənistanda hakimiyyətdən narazı hərbçilər hansısa çevriliş və ya qiyama cəhd edə bilərmi? 

Mövzu ilə bağlı danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, hazırda Ermənistanın güc strukturlarında Moskvameyilli vəzifəlilər olduqca çoxdur: socar vakansiya

“Nəzərə alsaq ki, Ermənistan son 200 il çar Rusiyasının və SSRİ-nin tərkibində olub, müstəqillik dövründə isə 30 il Moskvanın təsiri altındadır, bunu əminliklə demək olar. Hazırda Ermənistan ordusu, daxili işlər orqanları və digər güc strukturlarında yüksək rütbəli zabitlərin böyük əksəriyyəti Rusiyaya meyllidir. Onlar Paşinyanın qərbyönümlü islahatlarını, addımlarını tam başa düşə bilmirlər. İstisna deyil ki, bu hərbi vəzifəlilər nə vaxtsa Moskvadakı havadarlarına arxalanıb, Ermənistanda dövlət çevrilişinə cəhd etməyəcəklər”. 

Politoloqun fikrincə, Paşinyanın bu fəaliyyətlərinin arxasında birbaşa ABŞ dayanır:

“Paşinyanın özü də bunu çox gözəl başa düşür. Onun Azərbaycanla sülh danışıqlarında, o cümlədən, Qərblə münasibətlərində ehtiyatlı davranmasının başlıca səbəbi də məhz budur. Amma Ermənistanda bu istiqamətdə güclü iş gedir. Orduda, daxili işlər orqanlarında və digər bir çox güc strukturlarında çalışan və rusiyameylli generallar sistemli formada uzaqlaşdırılır. Bu iş üçün ABŞ-dan Ermənistanın Müdafiə Nazirliyinə xüsusi təlimatçılar gəlib və onlar yüksək vəzifəlilərin ideoloji meylini araşdırır. 

Doğrudur, bu addımlar nisbətən risklidir, əks təsir göstərə bilər. Ancaq Paşinyanın arxasında ABŞ dayanıb. Vaşinqtonun regiondakı siyasətinin ən böyük fiquru da elə məhz Paşinyandır”.






Paylaş:


Müəllif : Tarix:
21-09-2024, 11:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər