Bu il qış sərt keçəcək? - Rəsmi açıqlama

“Ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər versə də, bu, hansısa konkret bir ölkədəki fəsillik hava durumu haqqında dəqiq fikir bildirməyə əsas vermir”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, uzunmüddətli hava məlumatları vermək fərziyə xarakterlidir və qışın necə keçməsi haqqında belə proqnozlar adətən Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzlərinin (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi - ECMWF) fəsillik proqnozlarına əsasən hazırlanır:
“Amma qısamüddətli və ortamüddətli proqnozlardan fərqli olaraq, daha uzun dövrü əhatə edən fəsillik hava proqnozunun dəqiqliyi nisbətən az olur”.
N.Mahmudov əlavə edib ki, biz öz tərəfimizdən payız fəslinin sonunda qışın 1-ci ayı olan dekabr ayı üçün ictimaiyyətə rəsmi proqnoz təqdim edəcəyik.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2024, 15:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi

“Azərpoçt” keçmiş rəhbərliyin korrupsiya işində adı keçən şirkətlə 260 minlik müqavilə bağlayıb - ARAŞDIRMA

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!