ATV-dən RƏSMİ AÇIQLAMA: “Məhkəməyə müraciət edəcəyik”
"Özünü "Post TV"nin direktoru olaraq təqdim edən Samir Feyruzov adlı şəxs, özünün "Facebook" hesabında ATV ilə bağlı həqiqəti əks etdirməyən post paylaşıb".
Bu barədə ATV telekanalı açıqlama yayıb.
Bildirilib ki, bu şəxsin sözlərinə görə, bir müddət əvvəl ATV telekanalına təklif olunan seriallardan birinin qəbul edilməməsinin səbəbi həmin layihədə "trans, gey obrazının olmaması" göstərilib və həmin "obraz seriala daxil edildikdən sonra layihə ekranlaşdırılıb". kapital bank vakansiya
"Samir Feyruzovun, heç bir fakt ortaya qoymadan, ATV-nin imicinə xələl gətirmək istəyi, telekanalın ünvanına şər-böhtan atması yolverilməzdir.
Biz ATV telekanalı olaraq, həmin şəxsdən yazdığı postla bağlı faktları təqdim etməsini tələb edirik. Əks halda, bu yazının sifarişli yazı olması ehtimalı dəqiqləşəcək və biz ATV telekanalının imicinə xələl gətirməsi, həqiqəti əks etdirməyən məlumatları paylaşması və telekanalın ünvanına şər-böhtan atması, kanalı təhqir etməsi ilə bağlı məhkəməyə müraciət edəcəyik.
Mətbuat Şurası, Media İnkişaf Agentliyi və Audiovizual Şuradan məsələni diqqətdə saxlamağı və bu mövzunu araşdırmalarını xahiş edirik", - deyə açıqlamada qeyd olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2024, 15:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər