Bakının bu ərazisində söküntüyə başlanılacaq
Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa ediləcək.
RegionXəbərləricom.az BAKU.WS-ə istinadən xəbər verir ki, söhbət “Təzəpir” məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir.
Artıq adıçəkilən küçələrdə yaşayış fondunun inventarizasiyası aparılır. Bu proses başa çatdıqdan sonra söküləcək fərdi yaşayış evlərinin dəqiq sayı müəyyənləşəcək. Yasamal rayonunda yerləşən 199 nömrəli orta məktəbin yanından başlayaraq, Baş Prokurorluğun binasının arxa hissəsinə kimi ərazidə yerləşən fərdi evlərin siyahıyaalınma prosesinə start verilib.
İnventarizasiya prosesi başa çatdıqdan sonra evlərin hissə-hissə söküntü mərhələsinə gələn ildən etibarən başlanılacaq. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq.
Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq, bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-09-2024, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi

“Azərpoçt” keçmiş rəhbərliyin korrupsiya işində adı keçən şirkətlə 260 minlik müqavilə bağlayıb - ARAŞDIRMA

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO