Putinin son çarəsi: Qoca “Admiral” da döyüşə göndərildi
Rusiya donanmasının yeganə təyyarədaşıyan gəmisi “Admiral Kuznetsov” səkkiz ildir döyüş növbətçiliyi görməyib, amma onun şəxsi heyətinin döyüşə göndəriləcəyi ehtimalı artır. Açıq mənbələrdəki məlumatlara əsasən, bu köhnə gəminin üzvləri ordunun sıralarında Ukraynaya döyüşməyə göndərilir.
Bu barədə “Forbes”in analitiki Devid Eks yazır.
“Bu, Rusiya ordusundakı işçi qüvvəsi böhranını və Rusiya donanmasının əksəriyyəti Soyuq Müharibədən qalan ən böyük döyüş gəmilərinin köhnəldiyini göstərən heyrətamiz bir amildir”, – analitik bildirir.
Eks qeyd edir ki, rusların “Kuznetsov”dan şəxsi heyəti evakuasiya etməsi təəccüblü deyil, çünki Kreml Ukraynadakı itkilərinin yerlərini doldurmaq üçün daha çox hərbi personal səfərbər etmək üçün əlavə tədbirlər görməyə hazırlaşır. Həmçinin onun sözlərinə görə, gəmiləri ekipajlarından məhrum etməyə alternativ ümummilli səfərbərlik ola bilər, bu da Rusiya Prezidenti Vladimir Putinin üçün siyasi cəhətdən riskli olardı.
Bundan başqa, 39 yaşlı “Kuznetsov”un dənizə qayıdacağı ehtimalı yoxdur. 2018-ci ilin oktyabrında təyyarədaşıyan gəmisi təmirdə olarkən ciddi zədələnmişdi. Bir il sonra isə “Kuznetsov”da yanğın baş vermişdi.
Donanmanın rəhbərliyi zədələnmiş gəminin istismardan çıxarılması məsələsinə baxıb, amma sonra onu təmir edib modernləşdirməyə qərar verib. “Kuznetsov”un 2022-ci ildə dənizə qayıtması planlaşdırılırdı. Ancaq 2022-ci ilin dekabrında gəmidə yanğın baş verdi. Gəmi səkkiz ildə ilk dəfə Murmansk limanını yazda tərk etməli idi. Amma o, hələ də Murmansk limanında gözləyir.
“İstənilən halda yanmış və ya zədələnmiş gəmi xidmətdən çıxarılmalı, yenisi tikilməlidir. Amma Rusiya sənayesi yəqin ki, “Kuznetsov” və ya hər hansı digər böyük döyüş gəmisini birbaşa əvəzləyə bilmir. Buna görə də Rusiya Hərbi Dəniz Qüvvələrinin onilliklər ərzində köhnəlmiş bir çox böyük gəmiləri keçmiş SSRİ-dən qalmadır”, – Devid Eks vurğulayır.
Məlumata görə, “Kuznetsov”un ekipajının bəzi üzvləri 1-ci Qvardiya Tank Ordusunun tərkibində “Friqat” adlanan mexanikləşdirilmiş batalyon yaradıblar. Bu batalyon Ukraynanın şimalında Xarkov vilayətində döyüşüb, sonra isə Pokrovska göndərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-09-2024, 12:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər