reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Bu Şəhərdə” komandasından keçmiş deputata sərt cavab

reklam

“Bu Şəhərdə” komandasından keçmiş deputata sərt cavab

















Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı Etibar Əliyev “Bu Şəhərdə” kollektivini sərt şəkildə tənqid edib. 

Eks millət vəkili komandanın səhnəciklərini qınayıb və onları biabırçılıq adlandırıb: "Qadının ərəblə tanışlıq" səhnəsi lap biabırçlıqdır. Şit hərəkətlər, adət - ənənələrimizi aşağılamaq, küçə söhbətlərini səhnəyə gətirmək teatrın süqutudur".  

Məsələ ilə bağlı tanınmış ssenarist və aktyor, “Bu Şəhərdə”nin prodüseri Müşfiq Abbasov danışıb. vakansiyalar

Ssenarist hər bir fikrə hörmətlə yanaşdığını, lakin bu tənqidləri o qədər də önəmsəmədiyini qeyd edib: 

“Mən sabiq deputatın həm haqqımızda verdiyi açıqlamanı, həm də onun haqqında məlumatı indi oxudum. 

Hər bir fikirə hörmətlə yanaşırıq. 

Birincisi, belə başa düşdüm sabiq deputatımız üzvü olduğu partiyaların, deputatı olduğu rayonun, çalışdığı təhsil sahəsinin bütün problemlərini həll edib indi də səhərdən-axşama kimi bizim - Azərbaycan tarixində Heydər Əliyev Sarayında ən çox konserti olan "Bu şəhərdə"nin səhnəciklərini elə izləyir ki, hamısını əzbər bilir. Buna çox şadam.

İkincisi, dəfələrlə partiya dəyişmiş Etibar Əliyevin fikrinə nə qədər ETİBAR etmək olar bilmirəm, amma onu bilirəm ki, bizim tamaşaçıların sayı qədər onun seçicisi olsaydı, o, (özü də 5 yox, 4 illik) sabiq deputat olmazdı. Allah bizim tamaşaçıları qorusun!” 




Paylaş:


Müəllif : Tarix:
23-09-2024, 15:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər