Vəkilləri məhkəməyə gəlmədi, iclas təxirə salındı

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə prosesi başlayıb.
İş üzrə təqsirləndirilən şəxslər- Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli bəlli saatda məhkəmə zalında hazır olublar. Onların hər biri istintaq dövründə azadlıqda olublar.
Mehriban Abasquliyevanın vəkilləri isə məhkəməyə gəlməyiblər. Abbasquliyeva hakimin diqqətinə çatdırıb ki, onun vəkillərinin ikisi də iştirak edə bilməyəcəkləri ilə bağlı məhkəməni məlumatlandırıblar. Bu səbəbdən hazırlıq iclasının keçirilməsi mümkün olmayıb.
İclas oktyabrın 7-nə təxirə salınıb.
Qeyd edək ki, hadisə bu ilin yanvarında baş verib. Yanğında 7 körpə həyatını itirib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-09-2024, 17:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi

“Azərpoçt” keçmiş rəhbərliyin korrupsiya işində adı keçən şirkətlə 260 minlik müqavilə bağlayıb - ARAŞDIRMA

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO