"Büdcə kəsiri" Naxçıvanda bir kəndi məktəbsiz qoyub
Naxçıvanın dövlət büdcəsindəki kütləvi yeyintilər bir çox vacib tikintiləri də yarımçıq qoyub. Vəsait çatışmadığı üzündən digər infrastruklarla yanaşı məktəb binalarının tikintisi də dayandırılıb. Onlardan biri də Babək rayonun Hacıvar kənd orta məktəbidir.
Kəndin yeganə məktəbi qəzalı vəziyyətdə olduğundan, ötən il sökülüb. Kənd sakinlərinin „Gündəlik Naxçıvan“ verdikləri məlumata görə, sökülən məktəbin yerində tikiləcək yeni binanın bu ilin sentyabrında istifadiəyə verilcəyinə söz verilibmiş. Lakin, hazırda binanın yalnız zirzəmi hissəsi tikilib.
Kənd sakinləri deyirlər ki, məcbur qalıb, uşaqlarını qonşu kəndlərdəki məktəblərə göndərirlər:
“Tikinti yaxşı başlamışdı, tez bir zamanda fundamenti qazıb, zirzəmisinə kimi tikdilər. Sevinirdik ki, vaxtında başa çatacaq, uşaqlar yollardan yığışacaq. Lakin, zirzəmi başa çatdıqdan sonra tikindi qəfil dayandırıldı. Az qala bir ildir ki, iş görülmür. Hara şikayətə gedirik, bildirirlər ki, büdcədə kəsir var deyə, tikintini davam etdirə bilmirlər.
Büdcədə kəsir necə yarana bilər? Təbii ki, özləri yeyirlər. Bunun da əziyyətini uşaqlar, biz valideynlər çəkirik. Uşaqları məcbur qalıb, marşrut tutub, qonşu Badaşqan, yaxud başqa kənd məktəblərinə göndəririrk. Hər uşaq üçün 25-30manat ödəyirik. Elə ailə var ki, 2-3 uşağı məktəbə gedir. Kasıb ailələr də var ki, maddi ehtiyac üzündən uşaqlarını məktəbə qoymurlar. Sonra da dövlət uşaqların gələcəyindən, təhsilindən danışır”.
Naxçıvandakı dövlət idarə və müəssisələrin büdcə kəsiri səbəbindən kütləvi ixtisarlara başlayıb. İxtisara düşən işçilər deyirlər ki, məmurlar yedikləri büdcənin kəsirini onların kəsinlən maaşı hesabına doldurmaq istəyirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-09-2024, 11:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər