reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rüşvətə görə tutulan BNA əməkdaşları azadlığa buraxıldı

reklam

Rüşvətə görə tutulan BNA əməkdaşları azadlığa buraxıldı


















Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) rüşvət almaqda ittiham olunan əməkdaşları Hikmət Vəlizadə və Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, müttəhimlərin əməli Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 178-ci (dələduzluq) maddəsinə tövsif edilib. Məhkəmə onları bu maddə ilə təqsirli bilsə də, həbsdə qalmalarını zəruri hesab etməyib. Hikmət Vəlizadə və Vüqar Hüseynova azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hər ikisi 1 il 3 ay sonra məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) zərərçəkmiş qismində tanınıb.




Paylaş:


Müəllif : Tarix:
24-09-2024, 12:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər