Azərbaycanda bu rayonların icra başçısı yoxdur
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Asif Əsgərov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Asif Əsgərov sentyabrın 1-də keçirilən parlament seçkilərində Milli Məclisin deputat seçilib. Onun yerinə hələlik təyinat olmayıb.
Modern.az-ın məlumatına görə, Azərbaycanda başçısız qalan yeganə icra hakimiyyəti Nəsimi rayonunun deyil.
Belə ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov ötən ilin noyabr ayında, Culfanın icra başçısı Siyam Hacıyev isə iyul ayında işdən çıxarılıb və onların yerinə heç kim təyin edilməyib. vakansiyalar
Tofiq İbrahimov isə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə də heç kim gətirilməyib.
Başçısı olmayan qurumlardan biri də Ağdərə Rayonun İcra Hakimiyyətidir. 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-09-2024, 18:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi

“Azərpoçt” keçmiş rəhbərliyin korrupsiya işində adı keçən şirkətlə 260 minlik müqavilə bağlayıb - ARAŞDIRMA

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO