“Allah qorusun”, yoxsa “Tanrı qorusun” - Hansı doğrudur? + İlahiyyatçıdan AÇIQLAMA
Adətən, cəmiyyətin dini təbəqəsində “Allah” və Tanrı sözləri mübahisə yaradır. Çoxları bu iki sözün sinonim olduğunu bildirsə də, “Tanrı” sözünün tam qarşılıq ifadə etmədiyini, yaxud doğru bir ifadə olmadığını iddia edənlər də az deyil.
İlahiyyatçı Əkrəm Həsənov məsələni “Yeni Sabah”a belə şərh edib:
“Allah sözü bütün səmavi kitablarda qeyd olunur, xüsusi isimdir və Allahdan başqa bir varlıq haqqında işlədilə bilməz. Tanrı sözü isə ilah mənasında olub Azərbaycan, eləcə də digər Türk dillərində işlədilən bir sözdür. Bu söz cins isim kateqoriyasına daxildir. Beləliklə, Tanrı sözü Allah haqqında da, Tanrı olduğu irəli sürülən varlıqlar barədə də işlədilir. Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində, kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər. Etrusklarda Thanr adlı, digər tanrıların doğumunda rol oynayan üstün bir Tanrı vardır”. vakansiya
Ə.Həsənov bildirib ki, əslində “Allahdan başqa ilah yoxdur” cümləsi ilə “Allahdan başqa Tanrı yoxdur” cümləsi eyni mənanı verir:
“İlah sözü Ərəb sözüdür. Bizim isə həmin sözün əvəzinə işlədə biləcəyimiz başqa bir kəlmə yoxdur. Bu ancaq Tanrı sözüdür. Deməli, bu sözü mühakimə etmək cəhdləri tamamilə puç və mənasızdır. Belə ki, biz Allah da desək, Tanrı da desək eyni mənanı demiş oluruq. Sadəcə bütün səmavi kitablarda Allah kimi qeyd olunur və İslam alimlərinə görə ən doğrusu elə Allah ifadəsini deməkdir. Ancaq Tanrı da deməkdə heç bir problem yoxdur və onsuzda müxtəlif ölkələrdə hamımızın tanıdığımız və Allah dediyimiz uca varlığa aid müxtəlif ifadələr işlədilir. Biz də də əslində Tanrı sözünü dedikdə Allahı nəzərdə tutub demiş olurlar. Sadəcə, Tanrı sırf Türk millətlərinə aid olan ifadədir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-09-2024, 11:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər