reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Kupça” almaq istəyənlər BUNU ETMƏLİDİR - Yeni qaydalar

reklam

“Kupça” almaq istəyənlər BUNU ETMƏLİDİR - Yeni qaydalar

















Bakıda və Abşeron rayonu ərazisində yerləşən yaşayış massivlərinin əksər hissəsi qeyri-tikinti təyinatlı torpaqlar üzərində salınıb. Bu səbəbdən həmin ərazilərdə tikilən evlərin çoxunun çıxarışı yoxdur. Bu isə vətəndaşlar üçün bir sıra problemlər yaradır. 

Bəs görəsən, insanların kütləvi formada məskunlaşdığı ərazilərin torpaq təyinatını dəyişdirmək mümkündürmü? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert, Elnur Fərzəliyev bildirib ki, vaxtilə Bakıda olan sovxoz və kolxozların ərazilərinin hamısı yaşayış massivlərinə çevrilib: vakansiya 2023

“Təxminən 90-cı illərin əvvəllərinə qədər Bakının böyük bir hissəsində və Abşeron ərazilərində kolxoz və sovxoz əraziləri var idi.  Daha sonra sovet hökuməti dağıldı və bu səbəbdən həmin ərazilərdəki kolxoz-sovxozlar da ləğv olundu. Bu torpaqlar həmin kolxoz və sovxozda işləyən insanların xahişi ilə onlara pay torpağı kimi verildi. Həmin ərazilərdə indi yaşayış massivləri salınıb. Təbii ki, artıq Bakı böyük bir şəhərə çevrilib və paytaxt statusunda olduğuna görə, burada əkin-biçin işlərinin görülməsi mümkün deyil. Çünki bu ərazilərin hamısı artıq yaşayış massivləridir. Əgər ərazidə marketlər, məktəblər inşa edilibsə, ora qaz, su və işıq çəkilibsə, deməli, artıq yaşayış massivinə çevirilib”. 

Ekspert qeyd edib ki, vətəndaşları yaşadıqları ərazilərin torpaq təyinatını dəyişdirmək üçün kütləvi formada müraciət etməlidir: 

“Təbii ki, bununla bağlı daha sonra bələdiyyələr də torpaq sahələri ayırdılar. Onların da təyinatının dəyişdirilməsi üçün müraciət etmək lazımdır. Həmin ərazilərdə yaşayan vətəndaşlar kütləvi formada aidiyyəti bələdiyyələrə və yaxud rayon icra hakimiyyətlərinə müraciət etməlidir. Bu cür ərazilərin təyinatı dəyişdirildikdən, daha dəqiq desək, tikinti təyinatına çevrildikdən sonra, həmin ərazidəki evlərə çıxarış verilə bilər. Bunun üçün ilk öncə həmin torpaqlarda təyinat dəyişikliyi olmalıdır”. 




Paylaş:


Müəllif : Tarix:
27-09-2024, 18:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər