reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda ət və kərə yağı BAHALAŞDI - YENİ QİYMƏT

reklam

Azərbaycanda ət və kərə yağı BAHALAŞDI - YENİ QİYMƏT

















Azərbaycanda son bir ayda qida təyinatlı heyvandarlıq məhsullarının qiymətində nəzərəçarpacaq artım müşahidə edilir.

Sfera.az xəbər verir ki, qiymət artımı mal və qoyun ətində, toyuq əti və onun hissələrinin satışında, eləcə də kərə yağında baş verib.

Son bir ayda erkək dana ətinin bir kiloqramının pərakəndə satış qiyməti 14-14,5 manatdan 15,5-16 manata, quzu ətinin bir kiloqramının qiyməti 17-18 manatdan 19-20 manata, kərə yağının kiloqramının qiyməti 18-19 manatdan 20-22 manata, toyuq ətinin qiyməti isə 5-5,9 manatdan 6-6,3 manata qədər yüksəlib. socar vakansiya

Əsas heyvandarlıq məhsullarından olan süd və süd məhsullarının qiymətində isə hələlik nəzərəçarpan artım yoxdur. Bahalaşan qida məhsullarının qiymətinin artmasının əsas səbəbi Azərbaycanda yem qiymətlərinin yüksəlməsi və idxal bazarlarında qiymətlərin bir qədər artması ilə bağlıdır.

Mal və qoyun yemləri arasında ən çox istifadə ediləni yoncadır. Son bir ay-ayyarımda yonca bağlamalarının qiyməti təxminən 50 faiz artıb. Əvvəllər 3 manata satılan yonca bağlamasının dəyəri hazırda 4,5 manata təklif edilir. Əsas yem məhsulunun bahalaşması mal və qoyun bəsləyənlərin xərclərində ciddi artıma səbəb olub. Buna görə də heyvan bazarlarında topdan satış qiymətləri artırılıb.

Topdan satış qiymətlərinin artırılması isə öz növbəsində pərakəndə satış qiymətlərində də artıma əsas yaradıb. Mal və qoyun ətinin bahalaşması toyuq ətinin qiymətinə də təsir edib. Adətən mal ətinin qiyməti yüksəldikdə əhali toyuq ətinin istehlakını artırır ki, bu da bazarda əlavə tələb yaradır. Buna görə də oyuq ətinin qiymətində də oxşar dəyişiklik baş verir.

Ət qiymətlərinin yüksəlməsinə idxal bazarlarındakı qiymətlər də təsir edir. 2024-cü ilin yanvarında Azərbaycana idxal edilən ətin bir kiloqramının orta qiyməti 1,92 dollar (3,26 manat) olduğu halda, avqustda 2,2 dolları (3,74 manat) ötüb. Bu qiymətlərə mal, qoyun, toyuq ətinin orta qiyməti daxildir.

İdxal edilən kərə yağının qiymətində də son aylarda artım hiss olunur. İlin əvvəlində 5,3 dollara (9 manat) idxal edilən kərə yağı son aylarda 6 dollara (10,2 manat) idxal edilib. Qiymət artımları əlbəttə ki, arzuedilən deyil. Çünki mal, qoyun, toyuq ətlərinin və kərə yağının bahalaşması əhalinin ərzaq xərclərində ciddi artımla nəticələnəcək.

Azərbaycan əhalisinin ərzaq məhsulları arasında tərəvəzdən sonra ən çox pul ətin alışına xərclənir. Ötən il müxtəlif növ ət və ət məhsullarının alınmasına 4,5 milyard manat pul ayrılıb, kərə yağının alışına isə 882 milyon manat xərclənib. 2023-cü il ərzində də ət, ət məhsulları və kərə yağı bahalaşmışdı. Ötənilki bahalaşmadan sonra əhalinin bu növ məhsulların alışına çəkdiyi xərc təxminən 660 milyon manat artdı.

Cari ildə baş verən bahalaşmadan sonra böyük ehtimalla həmin məhsulların alışına ayrılacaq pul vəsaitində də yenidən böyük artım olacaq.





Paylaş:


Müəllif : Tarix:
30-09-2024, 20:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər