Naxçıvan sakinləri: "Sədərək gömrüyü bizə qan uddurur.."
Sədərək gömrük məntəqəsi Türkiyədən Naxçıvana ərazaq gətirilməsinə qadağa qoyub. Lakin, bu qadağa yalnız adi vətəndaşlara aiddir. Yüksək vəzifəli məmurlar isə, istədikləri qədər ərzaq məhsulları gətizdirməkdə sərbəstdirlər. Üstəlik, həmin məhsullar bazarda yerli sakinlərə Türkiyədəkindən 4-5 dəfə bahaya satılır.
Yerli sakinlər bildirirlər ki, qadağanı qoymaqda da məqsəd, insanları bu məhsulları monopolist məmurlardan baha almağa məcbur etməkdir. Yəni, kasıb təqəbənin hesabıbna qaz vurub, qazan doldurmaq.
Sakinlər deyirlər ki, bu azmış kimi, kasıb insanların ailələri üçün gətirdikləri ərazğı da qadağa adı altında müsadirə edib, əlavə qazanc etmək üçün satışa çıxarırlar.
Şərur rayon sakini Əlixan Babayev “Gündəlik Naxçvan”a deyir ki, bu yaxınlarda borc edib, Türkiyəyə ərzaq almağa gedib. Lakin, onun aldığı 3 kilo kolbasa, 3 kilo donmuş ət və bir qutu zeytun yağı əlindən alınaraq, anbara vurulub:
“İki aydır dilinə ət dəyməyən uşağım gözləyirdi ki, evə kolbasa aparacam, kartofla qızardıb yeyəcək. Müsadirə adı altında əlimdən aldılar. Sonradan xəbər tutdum ki, əlimdən alınanalrı digər müsadirə olunan məhsullar kimi bazarda baha qiymətə satışa çıxarırlar.
Bu pulu necə yemək olar, niyə gözləri doymur məmurların? Mənim kolbasa gözləyən uşağımın ahı onları tutacaq. Türkiyədən 2 manata aldığım kolbasanı özləri 8 manata bazarda satırlar. Məcbur edirlər ki, gedib onlardan alaq. Ala bilmirik axı bu qiymətə, ay insafsızlar”.
Şərur sakini Nizam Vəliyev də Sədərək gömrüyündə vətəndaşların incidilməsindən şikayətlənib:
“ Sədərək Gömrüyü insanlara qan uddurur. Kasıb camaat borc-xərc edib, gedib Türkiyədən 2-3 kilo ət və digər məhsullar gətirirlər ki, uşaqları yesin, onu da əllərindən alırlar. Lakin, məmurlara aid olan şirkətlər tonlara gətirib, baha qiymətə satırlar. Bu işi gömrüklə əlbir edirlər. Məqsəd, qiymətləri qaldırıb, insanların qanını içmək. Məsələn, Türkiyədə 12 manat olan 5 litirlik zeytun yağı Naxçıvanda 40 manata satılır”.
Sədərək Gömrük Məntəqəsindən vətəndaşların şikayətlərinə münasibət bildirmək istəmədilər.
(Teref.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:1-10-2024, 08:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər