reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qarabağ Universitetində nə baş verir? - Tələbələrin bu hərəkəti...

reklam

Qarabağ Universitetində nə baş verir? - Tələbələrin bu hərəkəti...

















Son günlər müzakirə olunan məsələlərdən biri də Qarabağ Universitetində təhsil alan tələbələrin görüntüləri ilə bağlıdır. Onların rəqs etməsi, mahnı səsləndirməsi, əylənməsi birmənalı qarşılanmır. Bir kəsim tələbələri tənqid etsə də, digərləri buna yalnız sevinmək lazım olduğunu qeyd edirlər. 

Məsələ ilə bağlı Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, burada incə məqam var.

















O, tələbələrin əylənməsində pis bir işin olmadığını vurğulayıb:

“Heç kim demir, tələbələr əylənə, mahnı ifa edə bilməz. Amma bu, təhsilin keyfiyyətinə, məzmununa, dərs prosesinə mane olmadan həyata keçirilməlidir. Əgər bunlar dərs vaxtı yaşanırsa, əlbəttə ki, dərsə mənfi təsir göstərə bilər. Lakin tənəffüs və ümumilikdə qeyri-dərs zamanı edilirsə, problem yoxdur. İnsanlar bunu mütləq nəzərə almalıdır”.

Deputat deyib ki, tələbələr bunu PR məqsədilə edirlər:

“Gənclər bunu hər şeyin yaxşı olduğunu göstərmək üçün edirlər. Amma bu da çox vaxt insanlar tərəfindən tənqid olunur. Bəli, söhbət bu işlərin dərs vaxtı görülməsindən gedirsə, dərs məzmununun sıradan çıxarılmasına aparırsa, olmaz. Nəzərə alaq ki, tələbələr də insandır, onlar da dincələ, mahnı oxuya bilər. Bunu bu qədər şişirtməyin tərəfdarı deyiləm. Fikrimcə, gənclər Qarabağda, azad olunmuş ərazilərdə təhsil aldıqları üçün sevinir və belə bir addım atırlar. O mənada məsələyə bu qədər kəskin yanaşmaq lazım deyil. Amma ümumilikdə dərsi şouya çevirməyin də tərəfdarı deyiləm”.




Paylaş:


Müəllif : Tarix:
1-10-2024, 22:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər