reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanlı sənətçi itkin düşdü

reklam

Azərbaycanlı sənətçi itkin düşdü
















Vaqif Qurbanov adlı bir şəxs musiqiçi oğlu Kənanın yoxa çıxması ilə bağlı “Bizimləsən” verilişinə müraciət edib. 

Studiyaya gələn həmin şəxs bildirib ki, oğlu İçərişəhər ərazisində skripka alətində ifa edib. 

Studiyaya gələn V. Qurbanov bildirib ki, övladı avqustun 19-da ailəlikcə dənizdə istirahət edən zamanı itkin düşüb:  vakansiyalar

“Bu ilin avqustun 19-da dənizə getmişdik. Oğlum Kənan dizə qədər suya girmişdi. Suya dərinə getməyini və ya quruya çıxmağını görməmişik. Buna səbəb isə başımın balıq tutmağa qarışması olub. Günorta saatları 15:00 olardı. Kənanın əhvalı yaxşı idi. Son vaxtlar o fikirli idi. Elə olurdu ki, bir gün evə gəlirdi, bir gün isə gəlmirdi. Kənan İçərişəhərdə skripkada ifa edirdi. Küçə musiqiçisi idi. Oğlum mənə söylədi ki, çimmək istəyirəm. Məndə dedim ki, uzağa getmə yaxınımda qal. Qızımda söylədi ki, o bizə arxadan baxa-baxa getdi. Kənan yoxa çıxdıqdan sonra avtomobildən banka aid olan sənədlər tapdım. Oğlum bankdan 3500 manat kreditə pul götürüb. O bu pulu niyə görə götürüb biz bilmirik. Axşam saat 20:30 radələri olardı ki, qızıma dedim ki, get qardaşın Kənana deki, hava qaralır dənizdən çıxsın. O da dedi ki, ata Kənan yoxdur. Oğlum paltarlarını və mobil telefonunu avtomobilə qoymuşdu. İtəndən sonra oğlumun evdə bir idman dəsti və bir köynəyinin omadığını aşkar etdik. Mobil telefondaki olan nömrələri polislərə vermişəm. Kənan sadə bir telefon işlədirdi. FHN-nin nümayyəndələri oğlum itəndən gündən bəri çox onun axtarışı ilə məşğul olurlar. Onlardan çox razıyam. Oğlumu Sumqayıtdan Nardarana qədər dənizdə axtardılar. Amma onlar söylədilər ki, oğlunuz batmayıb. Batsaydı nəşi 3-4 günə üzə çıxmalı idi. Mən özüm də yüz faiz inanıram ki, o dənizdə batmayıb. Bu başqa bir məsələdir”. 

Proqramın aparıcısı Zaur Baxşəliyevin itkin düşən Kənanın valideyninə “İtməmişdən qabaq “Ayrılıq” mahnısını oxuyub” və anasına “Mən 27 yaşında öləcəyəm. Mənə bir şey olsa möhkəm olun” sözlərini deyib. 

Vaqif isə aparıcının bu sözlərini təsdiqləyib və fikirlərini belə davam edib: 

“Oğlum 27 yaşında itib. Kənanın ölümünə və ya suda batmasına inanmıram. Onu kimlərsə və ya hansısa bir qız yoldan çıxarıb. Bilmirəm o kimə qoşulub. O bundan əvvəl belə deyil idi. O deyir ki, axşamlar taksi kimi fəaliyyət göstərirdim. Oğlumun sənədləri yəni şəxsiyyət vəsiqəsi və sayra evdədir”.//Olay.az 





Paylaş:


Müəllif : Tarix:
4-10-2024, 15:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər