Həkimlərinə cinayət işi açılan xəstəxananın direktoru işdən çıxarıldı
Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Əli Hüseynov vəzifəsindən azad olunub.
RegionXəbərləricom.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Əmr imzalayıb.
Qeyd edək ki, Əli Abbas oğlu Hüseynov 2020-ci ilin noyabrından xəstəxananın direktoru vəzifəsində çalışırdı. O, 1991-2019-cu illərdə Ağsu RMX-da baş həkimin müavini, 2019-2020-ci illərdə isə direktorun müavini vəzifəsində işləyib.
Xatırladaq ki, ötən ay Ağsu Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlu, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Soltiyev Ehtibar Şükrulla oğlu və digərlərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-10-2024, 16:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər