reklam
Regionxeberlericom.az » Cəmiyyət » Məşhur dövlət şirkətinin 30 faizi özəlləşdirildi

reklam

Məşhur dövlət şirkətinin 30 faizi özəlləşdirildi















İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha bir iri istehsal müəssisənin - “Gəncə-Qənnadı” ASC-nin dövlətə məxsus və nizamnamə kapitalının 30,03 faizini təşkil edən səhmlərinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurulub. Müsabiqə qalibi 450 min manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.

Əmlak Məsələləri Dövlət Xidmətindən "Cebheinfo.az"a bildirilib ki, ölkənin yeyinti sənayesində fəaliyyət göstərən daha bir müəssisənin - “Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi zərflər açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən fiziki şəxs Abdullayev Mahir Abdulla oğlu investisiya müsabiqəsinin qalibi elan olunub.

Müsabiqənin qalibi ilə imzalanmış alğı-satqı müqaviləsinə əsasən, investor dövlət büdcəsinə 450 min manat vəsait köçürməli və əlavə olaraq 1 il ərzində müəssisədə 450 min manat həcmində İnvestisiya Proqramını icra etməlidir. Proqram çərçivəsində müəssisədə vafli bişirən sobanın, müxtəlif növ konfetlərin istehsalı üzrə avtomatik xəttin və onların bükülməsi üçün maşınların alınıb quraşdırılması, müəssisənin dam örtüyü və laboratoriyasının təmir olunması, yeni avadanlıqların alınması planlaşdırılır.

Müsabiqə qalibi tərəfindən investisiya qoyuluşları nəticəsində müəssisədə ən azı 15 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd: “Gəncə Qənnadı” ASC keçmiş Dövlət Əmlak Komitəsinin 29 iyul 1998-ci il tarixli 981 nömrəli sərəncamı ilə “Azəryeyintisənaye” Dövlət Şirkətinin Gəncə Qənnadı fabrikinin bazasında yaradılıb, həmin ildə müəssisənin səhmlərinin 70 faizədək hissəsi əmək kollektivi üzvlərinə güzəştli satış və ixtisaslaşdırılmış çek hərracları vasitəsilə özəlləşdirilib.




Paylaş:


Müəllif : Tarix:
11-10-2024, 09:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər