COVID-19 infarkt, insult və ölüm riskini artırır
ABŞ-da tədqiqatçılar COVID-19-a yoluxanların növbəti üç ildə infarkt, insult və ölüm riskinin bu xəstəliyə tutulmayanlara nisbətən iki dəfə yüksək olduğunu müəyyənləşdiriblər.
Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Atherosclerosis, Trombosis, and Vascular Biology” jurnalında dərc olunan araşdırmaya görə, Cənubi Kaliforniya Universiteti, Kaliforniya Universiteti (UCLA) və Ohayo ştatındakı Lerner Araşdırma İnstitutunun alimləri sağlamlıq qeydlərini tədqiq ediblər. Bu, 250 min adamın qeydiyyatda olduğu İngiltərədəki Biobank adlı baza üzərindən aparılıb.
Alimlər 2020-ci ildə COVID-19-a yoluxan xəstələrin Biobankdakı məlumatlarını eyni dövrdə xəstəliyə yoluxmayan 222 mindən çox insanın məlumatları ilə müqayisə ediblər. Məlumatlara görə, 2020-ci ildə COVID-19 peyvəndi buraxılmamışdan əvvəl bu xəstəliyə yoluxanlar 11 mindən çox olub. Tədqiqatçılar COVID-19-a yoluxan 11 mindən çox insandan təxminən 3 min nəfərin xəstəxanaya yerləşdirildiyinə diqqət çəkib. Bildirilib ki, infarkt, insult və ölüm riski digərləri ilə (yoluxmayanlar) müqayisədə daha çoxdur. COVID-19 xəstəliyi olan və bu səbəbdən xəstəxanaya yerləşdirilənlərin infarkt, insult və ölüm riskinin zamanla azalmadığı ifadə edilib. Qeyd olunub ki, xəstəliyin niyə bu qədər uzunmüddətli təsir göstərdiyi hələ məlum deyil.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-10-2024, 09:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi

“Azərpoçt” keçmiş rəhbərliyin korrupsiya işində adı keçən şirkətlə 260 minlik müqavilə bağlayıb - ARAŞDIRMA

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı