reklam
Regionxeberlericom.az » Cəmiyyət » Oqtay Şirəliyev cərimə olundu - Səbəb

reklam

Oqtay Şirəliyev cərimə olundu - Səbəb

















Sabiq səhiyyə naziri Oqtay Şirəliyev barəsində inzibati xəta protokolu tərtib olunub.

RegionXəbərləricom.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, sabiq nazirin adına yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə irəli sürülüb.

Buna səbəb isə sabiq nazirin hazırda rəhbəri olduğu "Respublika Diaqnostika Mərkəzi" Açıq Səhmdar Cəmiyyətinin (ASC) gömrük qaydalarını ciddi şəkildə pozması olub. vakansiya

İXM-nin 491.1-ci maddəsinə əsasən, bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə edilir.

İş Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin icraatındadır.




Paylaş:


Müəllif : Tarix:
11-10-2024, 23:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər