“Ürəyindən əməliyyat olunan əməkdar artist Kazım Abdullayevin vəziyyəti qənaətbəxşdir”
Dünən ürəyindən əməliyyat olunan əməkdar artist Kazım Abdullayevin vəziyyəti qənaətbəxşdir.
Bunu APA-ya aktyoru əməliyyat edən kardiocərrah, Mərkəzi Gömrük Hospitalının Elmi Təcrübi və Tədris Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, Kazım Abdullayev Mərkəzi Gömrük Hospitalına ayağında birdən-birə soyumaqla əmələ gələn problemlə bağlı müraciət edib. İlkin müayinələr nəticəsində ayaq damarlarının tutulduğu, daha əvvəl mövcud olan problemlərin fəsadlaşdığı və yeriməyə imkan verməyən “kladikasio intermitand” deyilən vəziyyətin olduğu müəyyən edilib: “Ayaqda damar xəstəlikləri olanda ürəkdə də ola bilər deyə, ürəklə də bağlı müayinələr aparıldı. Nəticədə ürək damarlarında çox ciddi həyati təhlükə təşkil edən xəstəlik aşkarlandı. Ayağındakı damarlara müdaxilə üçün ürəyin anesteziyaya dözməyəcəyi məlum oldu. Konsilium nəticəsində belə qərara gəldik ki, eyni gündə həm açıq ürək əməliyyatı, ardınca da ayağında şuntlama əməliyyatı aparılsın. Oktyabrın 2-də də saat 09:00-da açıq ürək əməliyyatına başladıq. Əməliyyat uğurla icra edildi. Ürək damarları yeniləndi. Ardınca tibb üzrə fəlsəfə doktoru, damar cərrahı Səbuhi Dadaşov tərəfindən ayaq damarları bərpa olundu”.
Kardiocərrah deyib ki, ürəyin fəaliyyəti normaldır, Kazım Abdullayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir: “Bir neçə gün ərzində vəziyyətindəki dəyişikliklər haqqında ictimaiyyətə məlumat veriləcək. Arzu edirik ki, inşallah Kazım müəllim sağlamlığına qovuşacaq, ən qısa zamanda sevənlərinin yanına qayıdacaq”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-10-2019, 11:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-10-2019, 11:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45