reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qubernator: Rusiyanın Ukraynanın Odesa bölgəsinə zərbələri nəticəsində 4 nəfər ölüb

reklam

Qubernator: Rusiyanın Ukraynanın Odesa bölgəsinə zərbələri nəticəsində 4 nəfər ölüb









Qubernator Oleh Kiperin cümə günü bildirdiyinə görə, Rusiya raketinin keçən gecə Ukraynanın cənubundakı Odesa vilayətində ticarət binasını vurması nəticəsində 16 yaşlı qız da olmaqla, 4 nəfər ölüb.

Bu, son beş gündə Rusiyanın Qara dənizdəki Odesa limanına və yaxınlıqdakı bölgəyə dördüncü hücumu olub. Kiper oktyabrın 9-da Rusiyanın pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olanların xatirəsinin anılması üçün cümə günü matəm elan edildiyini bildirib.

Kiper Telegram mesajlaşma proqramında "İki gün ərzində rusiyalı terrorçular Odesa vilayətində 13 dinc sakini qətlə yetirib və onların əksəriyyəti gənclərdir" deyib.

Qara dəniz limanları vasitəsilə ixracı qoruyub-saxlamaq Rusiyanın başladığı müharibədən ağır zərbə alan Ukrayna iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir.

Baş Prokurorluğun bildirdiyinə görə, Rusiya qüvvələri cümə axşamı gecə saat 22:35-də mülki infrastruktura ballistik "İsgəndər" raketi ilə zərbə endirib.

Rəsmilər mülki əhalinin işlədiyi ərzaq istehsalı müəssisələrinin yerləşdiyi ikimərtəbəli ticarət binasının vurulduğunu və 10 nəfərin yaralandığını bildirib.

Baş prokuror Andriy Kostin Rusiya hücumlarının mülki infrastrukturu hədəf aldığını və milyonlarla ukraynalı üçün qeyri-mümkün həyat şəraiti yaratmağa çalışdığını deyib.

Ukrayna Hərbi Hava Qüvvələri keçən gecə Rusiyanın Ukraynanı hədəf aldığı 66 pilotsuz təyyarəsindən 29-nu vurduğunu bəyan edib. Ordu həmçinin Moskvanın 2 raket atdığını və açıq-aşkar elektron müharibəyə istinad edərək, 31 pilotsuz uçuş aparatının “yerinin itirildiyini”, iki pilotsuz təyyarənin isə Rusiya ərazisinə qayıtdığını bildirib.

Ukraynanın Qara dəniz limanlarına zərbələrin yeni dalğası prezident Volodimir Zelenskinin təklif etdiyi "qələbə planını" müzakirə etmək üçün bu həftə London, Paris, Roma və Berlində liderlərlə görüşmək üçün səfəri ilə eyni vaxta düşüb.

Moskvadan Odesaya zərbə ilə bağlı şərh verilməyib. 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxilə edən Rusiya mülki insanları hədəf aldığını inkar edir. Ukraynanın müxtəlif şəhər və qəsəbələrinə dəfələrlə zərbələr endiriməsinə baxmayaraq, o, yalnız hərbi infrastrukturu və digər hərbi obyektləri hədəf aldığını bildirir.





Paylaş:


Müəllif : Tarix:
12-10-2024, 12:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər