reklam
Regionxeberlericom.az » Cəmiyyət » Nazir: Dəhliz həm İran, həm də Ermənistandan keçəcək

reklam

Nazir: Dəhliz həm İran, həm də Ermənistandan keçəcək

















Azərbaycanın şərq rayonlarından Naxçıvana nəqliyyat dəhlizi həm İran, həm də Ermənistan ərazisindən keçə bilər.

RegionXəbərləricom.az Kanal7-yə istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, birinci halda söhbət 61 km, ikinci halda - təxminən 43 km saylı marşrutdan gedir. vakansiya

“Zəngəzur dəhlizi” Bakı-Tbilisi-Qars xəttinə alternativ və ya dəhlizdir ki, bu da onun imkanlarını artıracaq. Layihə Xəzər dənizini keçərək Azərbaycandan Ermənistana və ya İrana, oradan isə Naxçıvan, Dilucə, İğdır, Qarsa keçəcək. Azərbaycan tərəfinin mühüm hissələri tikilib, Naxçıvan tərəfdə mövcud xəttin bərpasına başlanacaq, Türkiyə tərəfində 224 km-lik tender keçirmişik, sonra tikintiyə başlayacağıq”, - deyə nazir izah edib.

“O, İran və ya Ermənistandan keçəcək: tərəflərlə bu danışıqları birbaşa Azərbaycan aparır. İlkin olaraq İran məsələsində müəyyən irəliləyiş əldə olunub və son günlər Ermənistan tərəfi ilə danışçıqlarda inkişaf var və bu,  yaxın günlərdə bəlli olacaq”, - deyə Uraloğlu vurğulayıb.

Nazirin sözlərinə görə, yaxın gələcəkdə onlar Azərbaycandan keçən ən qısa dəhlizlə türk dünyasına qoşulacaqlar.




Paylaş:


Müəllif : Tarix:
14-10-2024, 12:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər