Professor: COVID-dən sonra onkoloji xəstəliklər artıb
Koronavirus (COVID-19) pandemiyası başa çatsa da, virus insanların həyatına təsirsiz ötüşməyib. COVID-19 səhiyyə və iqtisadiyyatda yaratdığı problemlərlə yanaşı, cəmiyyətin sosial davranışlarına, ölkələrin təhsil sistemində ciddi dəyişikliklərə səbəb oldu.
Tədqiqatlar göstərir ki, COVID-19 dövründə yaşanan ciddi sağlamlıq problemləri başa çatsa da, bu, özünü fərqli tərzlərdə yenidən göstərməyə başlayıb.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, COVID-19 pandemiya şəklində bitsə də, hələ də onun epidemik ocaqları, mutasiya prosesi davam edir: vakansiyalar
“COVID-dən sonra ciddi problemlərin yaşandığını görmək mümkündür. Onkoloji xəstəliklərin, eyni zamanda autoimmun xəstəliklərinin dünyada və ölkəmizdə xüsusi çəkisi artıb. Eyni zamanda yaddaş problemi kimi bir çox bənzər problemlər də pandemiyadan sonra yayğınlaşıb”.
Ekspert onu da qeyd edib ki, pandemiyanın gələcək nəticələri ciddi şəkildə öyrənilir: “Sözügedən problemlərlə bağlı dünyanın aparıcı elmi mərkəzləri çox ciddi işlər aparır və hesab edirəm ki, biz bundan sonra yarana biləcək pandemiyalar zamanı daha diqqətli olmalıyıq - vaksinasiyadan yayınmamalı, xüsusi ilə də peyvənd təqviminə ciddi əməl edilməli, analar övladlarını peyvənddən yayındırmamalı və çalışmalıdırlar ki, immun sistemini möhkəm saxlasınlar. Açıq havada gəzmək, fiziki aktivliyi artırmaq, bədəni həddən artıq karbohidrat və digər bu kimi qidalarla yükləməmək imum sistemini saz saxlamağa imkan yaradacaq".
Paylaş:
Müəllif : Fuad
Tarix:15-10-2024, 12:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi

“Azərpoçt” keçmiş rəhbərliyin korrupsiya işində adı keçən şirkətlə 260 minlik müqavilə bağlayıb - ARAŞDIRMA

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı