Koreya ölkəmizə tibbi avadanlıqlar ianə etdi - Fotolar
Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Koreya Hökuməti arasında əməkdaşlığın növbəti mühüm mərhələsi baş tutub.
Koreya Hökuməti tərəfindən “Kiçik Həcmli İnkişafa Rəsmi Yardım” proqramı çərçivəsində Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə edilib.
Bu təşəbbüs Azərbaycanda həssas əhali qruplarının, xüsusən də uşaqların sağlamlığını qorumağa və onların tibbi xidmətlərə çıxışını yaxşılaşdırmağa yönəlib. Layihə Agentlik ilə Koreya Hökuməti arasında davam edən səmərəli və uzunmüddətli əməkdaşlığın bir hissəsidir.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təhvil-təslim mərasimində bildirib ki, bu cür layihələr ölkəmizin səhiyyə sisteminin inkişafına mühüm töhfə verir: “Layihənin əsas məqsədi ölkəmizdə tibbi xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini artırmaqdır. Bu avadanlıqlar icbari tibbi sığorta ilə bölgə əhalisinin keyfiyyətli və müasir tibbi xidmətlərə çıxışını təmin edəcək”.
Vüqar Qurbanov isə çıxışında vurğulayıb ki, Koreya ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə səhiyyə işçilərinin peşəkar bacarıqlarının artırılması və tibbi avadanlıqların təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir: “Bu əməkdaşlıq, səhiyyə sistemimizin davamlı inkişafına və vətəndaşlarımızın sağlamlığının qorunmasına mühüm töhfələr verməkdədir”.
“Ürək-damar xəstəliklərinin müalicəsi üçün tibb mərkəzlərinin ən müasir tibbi avadanlıqlarla təmin edilməsi zəruridir. Bu səbəbdən də səfirliyimiz ürək-damar xəstəlikləri ilə bağlı Azərbaycan vətəndaşlarının təhlükəsiz və səmərəli tibbi xidmətlər ala bilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əl-ələ verərək bu ilki kiçik həcmli inkişafa rəsmi yardım layihəsini həyata keçirir”, - deyə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq öz çıxışına əlavə edib.
Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov isə öz növbəsində aidiyyəti qurumlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
İanə edilmiş avadanlıqlara defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, xəstə monitoru, əməliyyat lampası, əməliyyat masası, elektrocərrahiyyə aparatı, cərrahi aspirasiya aparatı, alət dəsti, infuziya sistemi daxildir. Əlavə olaraq, reanimasiya şöbəsi üçün reanimasiya çarpayıları, xəstə monitoru, reanimasiya ventilyatoru, defibrilyator, aspirasiya aparatı, pediatriya üçün ultrasəs cihazı təqdim edilib. Reanimasiya və intensiv terapiya bölmələrində istifadə ediləcək avadanlıqlar ölüm riski yüksək olan pasiyentlərin müalicəsi üçün mühüm əhəmiyyət daşıyır. Koreya Hökuməti tərəfindən ianə edilən tibbi avadanlıqların ümumi dəyəri 500 000 ABŞ dolları təşkil edir.
Qeyd edək ki, bu təşəbbüs Koreya Hökumətinin Azərbaycana ilk yardımı deyil. Əvvəlki illərdə də Koreya Hökuməti tərəfindən TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinə ana və uşaq sağlamlığının qorunması üçün avadanlıqlar ianə edilmiş, həmçinin COVID-19 pandemiyası dövründə müayinə köşkləri təhvil verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-10-2024, 19:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər